Ermənistanın İqtisadiyyat Nazirliyinin binasında silahlı insident baş verib.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu gün saat 16:56 radələrində nazirlik binasında silah səsləri eşidilib.
Hadisə yerinə gələn təcili yardım briqadası 21 yaşlı şəxsi sol baldırın güllə yarası diaqnozu ilə xəstəxanaya aparıb. Yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyanın verdiyi ilkin məlumata görə, hadisə qəsdən törədilməyib:
“Nazirliyin mühafizəsini təmin edən özəl şirkətin əməkdaşı növbəni təhvil alarkən ehtiyatsızlıqdan tabeliyindəki silahdan atəş açıb. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsində sənədlər tərtib edilib, araşdırma aparılır”.
Son xəbərlər
Son Xəbərlər