İşdən çıxarılan bankir dindirilibmi?

isden-cixarilan-bankir-dindirilibmi
Oxunma sayı: 6199

Ötən gün Beynəlxalq Bankın rəhbərliyindən gözlənilmədən azad edilən Elmar Məmmədovun hüquq mühafizə orqanlarında dindirildiyi barədə mediada məlumatlar yayılıb.

Qafqazinfo” eks sədrin “qara bazar” olayı ilə bağlı harada dindirilməsi ilə maraqlanıb.

Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında Elmar Məmmədovun dindirilməsi ilə bağlı mətbuat xidmətində hər hansı rəsmi məlumatın olmadığını bildirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də bu haqda onda hər hansı informasiyanın olmadığını bildirib və məsələnin araşdırılacağını vurğulayıb.

Günel Türksoy