İŞİD İstanbulda terrora hazırlaşırdı - 115 nəfər saxlanıldı

isid-istanbulda-terrora-hazirlasirdi
Oxunma sayı: 642

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 115 şübhəli saxlanılıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, onlar İŞİD silahlı terror təşkilatının hücuma hazırlaşan üzvləri olub. Qarşıdan gələn Milad və Yeni il tədbirləri zamanı Türkiyəni hədəf alan, əsasən qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırdığı və terror təşkilatı fəaliyyətləri çərçivəsində münaqişə zonaları ilə əlaqəsi olduğu düşünülən 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Həm Türkiyədə, həm də beynəlxalq səviyyədə terrorizm ittihamları ilə həbs qərarı verilmiş şübhəlilərdən tapançalar, sursat və çoxsaylı təşkilati sənədlər müsadirə edilib.

Əməliyyatda 115 şübhəli saxlanılsa da, tutulması mümkün olmayan şəxslər haqqında əməliyyatların davam etdiyi bildirilib.