“İsrail “Avroviziya”dan xaric edilməlidir”

israil-avroviziyadan-xaric-edilmelidir
Oxunma sayı: 3498

İspaniyanın Baş naziri Pedro Sançez İsrailin “Avroviziya” kimi beynəlxalq yarışmalarda iştirakına qadağa qoyulmalı olduğunu deyib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir bunu Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanın həmin yarışdan xaric edilməsi ilə müqayisə edib:

“Ukrayna Rusiyadan beynəlxalq yarışmalarda iştirak etməməyi tələb edəndə, heç kim təəccüblənmədi. Bu, İsrail üçün də təəccüblü olmamalıdır. İsrail də yarışmadan xaric edilməlidir, çünki mədəniyyətdə ikili standartlara yol verə bilmərik”.