İsrail-HƏMAS müharibəsində - Sülhün qiyməti nədir?

israil-hemas-muharibesinde
Oxunma sayı: 1711

Xəbər verdiyimiz kimi, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Ardınca isə İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu günlərdə Qəzza zolağında günün sonuna çatmaq və gecədən sağ çıxmaq möcüzə kimi hiss edilməlidir.

Məhz buna görədir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) prezidenti Filip Lazzarini Qəzzadakı müharibəni sonsuz və dərinləşən bir faciə, yer üzündəki cəhənnəm adlandırıb. 

Müharibə insanlara dəhşətli iztirablar gətirir. Ancaq bəzən qeyri-mümkün görünən dəyişikliklər də yarada bilər. Necə?

İsrailliləri və fələstinliləri Aralıq dənizi ilə İordaniya çayı arasındakı torpaq üzərində əsrlərdir davam edən münaqişəyə son qoymağa sövq edə bilərmi? Sülh imkanı varmı? Ümumiyyətlə, bu müharibədə sülhün qiyməti nədir?

Sülh ehtimalı indi çox uzaq görünür, lakin bütün müharibələr kimi bu müharibə də bitəcək. Necə ki, 2007-ci ildə Həmas Qəzzaya nəzarəti ələ keçirdikdən sonra Qəzzada və ətrafında bütün müharibələr atəşkəs razılaşması ilə eyni şəkildə başa çatıb.

Lakin bütün atəşkəslər İsrail və HƏMAS arasında yaranan növbəti müharibəni dayandıra bilməyib. Fələstinlilərlə israillilər arasında əsrlərdir davam edən münaqişəyə son qoymaq üçün bir cəhd belə edilməyib.

İsrail hökuməti atəşkəsdən sonra nə olacağı ilə bağlı ən mühüm müttəfiqi ABŞ ilə diplomatik çəkişməyə doğru gedir. ABŞ Prezidenti Co Bayden müharibənin əvvəlindən olduğu kimi, silah-sursat göndərmək və BMT Təhlükəsizlik Şurasında atəşkəs qətnamələrinə veto qoymaqla İsraili dəstəkləməyə davam edir. Bu dəstəyin müqabilində Bayden müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqları canlandırmaq istəyir. 

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-a qarşı qələbəsini elan edəcəyi təqdirdə Qəzzanın necə idarə olunacağı barədə hələlik geniş açıqlama verməyib. Lakin o, Baydenin planını rədd edib.

Netanyahunun uzun siyasi karyerasında yeganə dəyişməz qərarı onun Oslo prosesi zamanı qurulmağa çalışılan və uğursuzluğa düçar olan müstəqil Fələstin dövləti ideyasına qarşı çıxmasıdır.

Qəzzada tam qələbə və bütün HƏMAS-dan sağ çıxanların qeyd-şərtsiz təslim olması İsrailin əsas məqsədi olaraq qalır. Netanyahu hesab edir ki, girovları xilas etməyin yeganə yolu Həması məhv etməkdir:

“Mən İsrailin Osloda səhvini təkrarlamasına icazə verməyəcəyəm. Mülki vətəndaşlarımızın və əsgərlərimizin böyük fədakarlıqlarından sonra terroru öyrədən, terroru dəstəkləyən və terroru maliyyələşdirənlərin Qəzzaya girməsinə icazə verməyəcəyəm. Qəzza nə Həmasistan, nə də Fəthistan olacaq".