İsrail “Hizbullah” komandirini məhv etdi

israil-hizbullah-komandirini-mehv-etdi
Oxunma sayı: 318

Livanın cənubunda “Hizbullah” hərakatının “Rizvan” xüsusi təyinatlı qüvvələrinin komandirlərindən biri İsrail Müdafiə Qüvvələrinin (IDF) endirdiyi hava zərbəsi nəticəsində məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

İsrail hərbçilərinin bildirdiyinə görə, gecə əməliyyatı “Hizbullah”ın atəşkəs razılaşması çərçivəsində təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı törətdiyi hücuma cavab olaraq həyata keçirilib. Aviatəşəbbüs Ənsar rayonunda yerləşən “Rizvan” birliyinin mərkəzi qərargahını hədəf alıb.

Açıqlamada qeyd olunur ki, hücum nəticəsində qeyd edilən xüsusi təyinatlı birliyin batalyon komandiri Əli Samir əl-Hac Həsən zərərsizləşdirilib. Həmçinin, İsrail qüvvələrinə qarşı yeni hücumlar hazırlayan bir neçə döyüşçü də məhv edilib:

“Zərbə beynəlxalq hüquqa uyğun olaraq qanuni hədəf sayılan Həsənə qarşı nöqtəvi şəkildə yönəldilmişdi. Hücum anında Həsənin ailəsi də qərargahda olub. Onun ailə üzvləri hədəf alınmayıb, lakin komandir onlardan obyektin daxilində gizlənərək “canlı qalxan” kimi istifadə edib”.

Xatırladaq ki, bundan əvvəl İsrail Qəzzada “İslam Cihadı” təşkilatının komandirini də məhv etmişdi.