İsrail ordusu bu istiqamətdə HƏMAS-ın müdafiə xəttini yardı

israil-ordusu-bu-istiqametde-hemas-in-mudafie-xettini-yardi
Oxunma sayı: 2249

İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qüvvələrinin müdafiə xəttini yarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, planlaşdırıldığı kimi davam edən əməliyyatda israilli hərbçilər Qəzza zolağının şimalına çatıb:

"Hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz artıq Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttinə yarıb".