İsrail Qəzza sakinlərinə çağırış etdi

israil-qezza-sakinlerine-cagiris-etdi
Oxunma sayı: 2547

İsrailin müdafiə naziri İsrael Katz Qəzza sakinlərinə çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “X” hesabında paylaşım edib:

“İsrail ordusu qısa vaxtda Qəzzada əməliyyatları genişləndirəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınız tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib”.