İsrail rusiyalı hakeri ABŞ-a verdi - 80 il həbs gözləyir

israil-rusiyali-hakeri-abs-a-verdi
Oxunma sayı: 1739

İsrail hakerlikdə ittiham olunan rusiyalı Aleksey Burkovu ABŞ-a ekstardisiya edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Amerikaya çatar-çatmaz ilk məhkəmə prosesi keçirilən Burkova 80 il həbs cəzası istənilib. Belə ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, rusiyalının dövlətə vurduğu ziyan 20 milyon dollardır.

Qeyd edək ki, Burkov 2015-ci ildə Amerikanın sorğusu əsasında İsraildə saxlanılıb. İsrail Rusiyanın etirazına baxmayaraq, dünən axşam onu ABŞ-a göndərib.