İsrail Somaliləndi tanıyan ilk ölkə oldu

israil-somalilendi-taniyan-ilk-olke-oldu
Oxunma sayı: 552

İsrail Somaliləndi rəsmi şəkildə tanıyan ilk ölkə olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirib ki, tərəflər bəyannamə imzalayıblar.

Qeyd olunur ki, tərəflər kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq vasitəsilə əlaqələri genişləndirmək niyyətindədirlər.