İsrail ÜST-ə xəbərdarlıq etdi

israil-ust-e-xeberdarliq-etdi
Oxunma sayı: 3499

İsrail Müdafiə Qüvvələri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Qəzza zolağının cənubundakı iki tibb anbarından ləvazimatları yığışdırmaq barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu gün ÜST İsrail Müdafiə Qüvvələrindən bildiriş aldı ki, quru əməliyyatları onları yararsız hala salacağı üçün Qəzzanın cənubundakı iki tibb anbarımızdan ləvazimatlarımızı 24 saat ərzində çıxarmalıyıq. Biz İsraili əmri geri götürməyə və mülki əhalini və mülki infrastrukturu, o cümlədən xəstəxanaları və humanitar obyektləri qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq”, - ÜST rəhbəri qeyd edib.