“İsrail yanlış yoldan geri dönməlidir” - Türkiyə XİN

israil-yanlis-yoldan-geri-donmelidir
Oxunma sayı: 1528

“Bəzi ölkələrin Qəzzada baş verənləri dəstəkləməsi qəbuledilməzdir”.

“Qafqazinfo” “CNN türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib. 

“Türkiyə olaraq, kim tərəfindən hansı məqsədlə edildiyindən asılı olmayaraq, günahsız mülki şəxsləri hədəf alan hücumları qəbul etmədiyimizi hər platformada dilə gətirmişik. İsrailin olduğu yanlış yoldan geri dönməsi, şiddətə son qoymağı lazımdır”, - deyə Hakan Fidan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə bölgədə olan və kənar iştirakçıları davamlı sülhü dəstəkləməyə çağırır: “Beynəlxalq Sülh Konfransının bu proses üçün ən uyğun platforma olacağını düşünürük”.

O, həmçinin Türkiyənin qarant ölkələrdən biri olmağa hazır olduğunu da vurğulayıb.

H.Fidan eyni zamanda ABŞ və Avropa İttifaqının İsrail və HƏMAS arasında atəşkəsin olmasını istəmədiklərini qeyd edib.