İstanbulda meteoroloqların xəbərdarlığından sonra güclü leysan başlayıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlcə şəhərin üzərini qatı qara buludlar örtüb. Xüsusilə Küçükçekmece və Baxçalıevlərdə ətraf qəfildən qaranlıqlaşıb. Daha sonra başlayan güclü yağış vətəndaşlara çətin anlar yaşadıb.
Leysan Bəyoğlu və Şişlidəki küçələr, xüsusilə yeraltı keçidlər su altında qalıb.





Son xəbərlər
Son Xəbərlər