İstanbulun Pendik rayonunda baş verən qəzada mikroavtobus yük maşınına çırpılıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki,hadisə E-5 magistral yolunun Kurtköy istiqamətində qeydə alınıb.
Bildirilib ki, mikroavtobus təcili yardım zolağında park edilmiş yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində mikroavtobusda olan 13 nəfər yaralanıb. Polis və təcili tibbi yardımlar dərhal hadisə yerinə cəlb edilib.
Yaralılar hadisə yerində göstərilən ilk tibbi yardımın ardından xəstəxanalara aparılıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilib.
Mikroavtobus evakuatorun köməyilə hadisə yerindən çıxarılıb. Qəza nəticəsində ərazidə bir müddət tıxac yaranıb.
Son xəbərlər
Son Xəbərlər