İstanbulda təyyarə uçuş zolağından çıxdı, 1 ölü, 157 yaralı - Video + Fotolar + Yenilənib

istanbulda-teyyare-ucus-zolagindan-cixdi-1-olu-157-yarali
Oxunma sayı: 10458

İstanbulun Sabiha Gökçen hava limanında sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, “Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən eniş zamanı sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, təcili tibbi yardım maşınları, polis göndərilib. Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin məlumatına görə, təyyarədə 177 nəfər sərnişin olub. Hər hansı itki yoxdur. 

Bütün uçuşlar İstanbul Hava Limanına yönləndirilib. Hava limanına yaxın xəstəxanalar hazır vəziyyətə gətirilib. 

Faktla bağlı Anadolu Cümhuriyyət Baş Prokurorluğu araşdırmalara başlayıb. 

***

Məlumata görə, təyyarədəki 171 sərnişin, 6 heyət üzvündən 21 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 

***

Yaralıların sayı artaraq 52 nəfərə çatıb. 

***

Son məlumata görə, yaralıların sayı artaraq 120 nəfər olub. Onlardan 2-nin vəziyyəti ağırdır. 

***

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Mehmet Cahit Turhan təyyarədə 183 nəfərin olduğunu bildirib. Onlardan 177-si sərnişin, 6-sı heyət üzvüdür. 

***

İstanbul valisi Əli Yerlikaya qəza nəticəsində 139 nəfərin yaralandığını, onların 18 müxtəlif xəstəxanaya yerləşdirildiyini bildirib. 

***

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca qəzada 1 nəfərin öldüyünü, 157 nəfərin yaralandığını açıqlayıb. Ölən Türkiyə vətəndaşıdır.