“İstəməzdik ki, Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun”

istemezdik-ki-putin-ne-vaxtsa-ermenistana-seferden-imtina-etmeli-olsun
Oxunma sayı: 3116

“İstəməzdik ki, Rusiya Prezidenti Vladimir Putin nə vaxtsa hansısa səbəbdən Ermənistana səfərdən imtina etməli olsun”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Ermənistan parlamenti tərəfindən Roma statutunun ratifikasiya edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın müttəfiqi, dost dövlət və tərəfdaşıdır: “Şübhəsiz ki, bizi qardaş erməni xalqı ilə çox şey birləşdirir”.

Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, BCM mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.