İtaliya yarımfinalda - Yenilənib

italiya-yarimfinalda
Oxunma sayı: 3430

Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verilib.

"Qafqazinfo" xəbər verir ki, günün ikinci matçında ikinci yarımfinalçı müəyyənləşir.

Bu, Münhen şəhərində keçirilən Belçika-İtaliya matçından sonra bəlli olacaq.

Qeyd edək ki, günün ilk matçında İspaniya penaltilər seriyasında İsveçrəni məğlub edərək yarımfinala adlayıb.

1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.

AÇ-2020

1/4 final

2 iyul

Belçika – İtaliya 0:2 (1-ci hissə)

Qol: Lukaku, 45+1 - Barella, 31. İnsinye, 43

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Münhen. “Alyans Arena”.

***

Oyun başladı.

***

31-ci dəqiqədə İtaliya Barellanın vurduğu qolla hesabı açır.

***

43-cü dəqiqədə İtaliya millisi ikinci qolu vurur. İnsinye fərqlənir - 2:0.

***

45+1-ci dəqiqədə Lukaku penaltidən hesab arasındakı fərqi azaldır - 2:1.

***

İkinci hissə başladı.

***

Matç başa çatdı. İtaliya yarımfinalda.