İtaliya Kubokunda ikinci finalçının adı məlum oldu

italiya-kubokunda-ikinci-finalcinin-adi-melum-oldu
Oxunma sayı: 1368

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalda “Atalanta” və “Fiorentina” üz-üzə gəlib.

İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Berqamo təmsilçisi doğma meydanda bunun əvəzini çıxıb və həlledici mərhələyə vəsiqə qazanıb - 4:1.

"Atalanta"nın finaldakı rəqibi "Yuventus" olacaq.