İtaliya üçün faciəvi gün - Ardıcıl 3-cü dəfədir DÇ-yə gedə bilmədilər

italiya-ucun-facievi-gun
Oxunma sayı: 440

İtaliya milli komandası ardıcıl olaraq 3-cü dünya çempionatında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, “Skuadra Adzzura” bu dəfə pley-off-da Bosniya və Herseqovinaya məğlub olub.

Onlar əsas hissəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 1:4 hesabı ilə uduzublar.

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə DÇ-2014-də iştirak edib. Onlar 2018 və 2022-ci il mundiallarında olmayıblar. 2026-da da 4 qat dünya çempionlarını izləyə bilməyəcəyik.