İtkin düşən 3 nəfər tapılıb

itkin-dusen-3-nefer-tapilib
Oxunma sayı: 784

Bakı Şəhər Baş Polis İdarəsi dünən paytaxtda baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşın kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.