İtkin düşən yeniyetmə qız tapıldı - Yenilənib

itkin-dusen-yeniyetme-qiz-tapildi
Oxunma sayı: 2592

Masallıda yeniyetmə qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Mollahəsənli kəndində yaşayan 71 yaşlı qadın polisə müraciət edərək nəvəsinin itkin düşdüyünü bildirib.

O qeyd edib ki, nəvəsi, 2008-ci il təvəllüdlü Leyla (şərti adlı) dekabrın 11-də paltarlarını və sənədlərini götürərək naməlum istiqamətdə gedib.

Müraciətlə bağlı Masallı RPŞ-də araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmənin olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.