Kann kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qaldı

kann-kinofestivalin-baglanis-merasimi-erefesinde-isiqsiz-qaldi
Oxunma sayı: 1242

“Kann” Film Festivalının bağlanış mərasimi ərəfəsində Fransanın Alpes-Maritimes bölgəsində elektrik kəsilməsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda BFMTV məlumat yayıb.

Məlumata görə, Kannda və qonşu şəhərlərdə 1600-ə yaxın ev işıqsız qalıb.

Bu vəziyyətin yarımstansiyada baş verən yanğınla bağlı olduğu bildirilir.

Qeyd edək ki, “Kann” kinofestivalı bu gün başa çatır.