Kapital Bank-ın daxili ipotekası daha sərfəli oldu!

Kapital Bank-ın daxili ipotekası daha sərfəli oldu!
Oxunma sayı: 1970

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda sərfəli şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

İpoteka kreditinin minimal məbləği 20 000, maksimal məbləği isə 500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir. Minimal ilkin ödəniş 15%-dən başlayır. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan https://ipoteka.kapitalbank.az/ portalı vasitəsilə müraciət etməklə, əmək haqqı, təqaüd, həmçinin sahibkarlıq və ya peşə fəaliyyəti üzrə gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

Kapital Bank-ın partnyor tikinti şirkətlərindən çıxarışsız mənzillərlə yanaşı ilkin qeydiyyat sənədi olan mənzilləri də əldə etmək mümkündür. Belə olan halda kreditləşmə çıxarışı olan mənzillərə uyğun şərtlərlə həyata keçirilir. Müştərilər  https://ipoteka.kapitalbank.az saytında onlara düşəcək məbləği öncədən müraciət etməklə müəyyən edə bilərlər, həmçinin digər bir müraciət vasitəsi olan (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.