“Kaxovka bəndinin dağılmasından 16 min insan zərər çəkib”

kaxovka-bendinin-dagilmasindan-16-min-insan-zerer-cekib
Oxunma sayı: 1350

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra 16 min insanın zərər çəkdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu açıqlama verib.

Su bəndinin uçması ilə bölgədəki yaşayış məntəqələrinin su altında qalmasının dəhşətli olduğunu qeyd edən Mantu, “Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə təxminən 16 min insan daşqından zərər çəkib,1995 nəfər təxliyə edilib və yüz minlərlə insanın təhlükəsiz içməli sudan istifadəsi mümkünsüz olub”, - bildirib.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.