Xətai rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.
"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, sabiq icra başçısının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.
Xatırladaq ki, Razim Məmmədov ötən il dekabrın 13-də Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Son xəbərlər
Son Xəbərlər