Keçmiş icra başçısı vəfat etdi

kecmis-icra-bascisi-vefat-etdi
Oxunma sayı: 8516

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Mahmud Quliyev uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb.  2000-ci ildən 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirmiş.