Kəlbəcərdə artilleriya qurğuları və sursat aşkarlandı - Fotolar

kelbecerde-artilleriya-qurgulari-ve-sursat-askarlandi
Oxunma sayı: 3327

Kəlbəcər rayonunda artilleriya qurğuları və sursat aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu  Çaparlı kəndi ərazisindən 2 ədəd “KS-19” zenit silahları və  Həsənirz kəndi ərazisində çoxlu sayda müxtəlif çaplı patron və avtomat daraqları aşkar olub.