Kəmaləddin Heydərovun yeznəsi işdən çıxarıldı

kemaleddin-heyderovun-yeznesi-isden-cixarildi
Oxunma sayı: 19933

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi xəbərə görə, F.Şahbazovun vəzifəsini hazırda müvəqqəti olaraq Elməddin Süleymanov icra edir.

F.Şahbazovun başqa vəzifəyə təyin olması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, Faiq Şahbazov fövqəladə nallar naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.