İsrail və Livan liderləri sabah danışacaq.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
“İsrail və Livan arasında bir az nəfəs almaq üçün çalışırıq. İki liderin danışmasından uzun müddət keçib, təxminən 34 il keçib. Bu, sabah baş verəcək. Əla!”, - o qeyd edib.
Qeyd edək ki, İsrail və Livan arasında münasibətlər uzun illərdir gərgin olaraq qalır.
Son xəbərlər
Son Xəbərlər