43 yaşlı kişini maşınla vurub öldürdü

43-yasli-kisini-masinla-vurub-oldurdu
Oxunma sayı: 1232

Sabirabadda piyadanın vurulması ilə nəticələnən qəza olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən axşam rayonun Yaxa Dəllək kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil rayonunun Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.

O, ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov