“Yeraltı”nın aktyoru Hakan Fidanla bunları danışdı - Video

yeraltinin-aktyoru-hakan-fidanla-bunlari-danisdi
Oxunma sayı: 1458

“Kurtlar Vadisi” serialında rol adığı “Erdal Kömürcü” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Sefa Zengin AKP-nin qrup iclasına qatılıb.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, o, mediaya belə bir şeyi ilk dəfə yaşadığını açıqlayıb:

“Burada olmaq çox həyəcanverici hissdir, ilk dəfədir ki, belə bir şey yaşayıram. Diqqətiniz və burada olmaq çox xoşdur”.

Qeyd edək ki, aktyor hazırda “Yeraltı” serialında “Derman Hanoğlu” obrazını canlandırır.

O, iclas zamanı ölkənin xarici işlər naziri Hakan Fidanla da söhbətləşib:

- İndi nə işlə məşğulsunuz?

- ⁠“Yeraltı”dayıq.

- ⁠Necə gedir?

- Çox gərgin. Çəkilişlər davam edir. Hər şey gözəl gedir.

- ⁠Xeyirlisi olsun inşallah!

- ⁠Sağ olun.