Türkiyəli aktyor-teleaparıcı Kənan İşık dünyasını dəyişib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Beşiktaş Bələdiyyə başqanı Murad Hazinedar sosial şəbəkədə məlumat yayıb:
“Kenan İşıkı itirdik. Onu daim gülən üzüylə xatırlayacam. Məkanı cənnət olsun”.
1 il yarımdır ki, komada olan aktyorun bu gün səhər saatlarında dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Kənan İşık 2014-cü ilin mart ayında idman zalında yıxılaraq başından zərbə almış, beynində qanaxma baş vermişdi.
***
Beşiktaş bələdiyyə başqanı Murad Hazinedar Kənan İşıkın ölməsiylə bağlı xəbəri təkzib edib.
O, “Twitter” hesabında “Kənan İşıkı itirdik” açıqlamasından sonra bu gün daha bir açıqlama yazaraq üzr istəyib:
“Dünən gecə sosial şəbəkədəki paylaşımlardan sonra “Twitter”imi idarə edən şəxs Kənan İşıkın haqqında bir tvit atıb. O zaman mən xarici ölkədə idim. Daha sonra xəbərin yalan olduğunu öyrəndim. Sosial şəbəkəmi idarə edən şəxs haqqında lazımi tədbir görülüb. Bu kədərli xəbəri eşidər-eşitməz K. İşıkın həyat yoldaşı Beril xanıma zəng edərək təəssüfləndiyimi bildirdim”.
İşıkın köməkçisi Fuad Torlaq da açıqlamasında qeyd edib ki, sənətçinin səhhətində heç bir dəyişiklik yoxdur və onun evdə müalicəsi davam etdirilir.

Son xəbərlər
Son Xəbərlər