Kərbəlada İran konsulluğu yandırıldı - Video

kerbelada-iran-konsullugu-yandirildi
Oxunma sayı: 2114

2019-cu ildə İraqda hökumət əleyhinə nümayişlərə rəhbərlik edən fəal İhab əl-Vəzni Kərbəladakı evinin yaxınlığında öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, Vəzninin qətlə yetirildiyi hücumun videosu yayıldıqdan sonra Kərbəla, Əd-Divaniyyə, Zikar və Bağdadda etiraz aksiyaları təşkil edilib.

Əl -Vəzninin ölümündə rəsmi orqanları təqsirləndirən nümayişçilər Kərbəlada İran konsulluğunun qarşısına toplaşıblar. Qəzəbli etirazçılar şüarlar səsləndirərək konsulluq binasını yandırıblar.

Kərbəla polisi vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.

İraq hökuməti cinayətkarların saxlanılması üçün hərbi qüvvələrin səfərbər edildiyini qeyd edib.