Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, fakt Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar sözügedən Agentlik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
Son xəbərlər
Son Xəbərlər