Kino rəssamı Arif Məhərrəmov vəfat etdi

kino-ressami-arif-meherremov-vefat-etdi
Oxunma sayı: 1943

Kino rəssamı, Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kinorejissorlar Gildiyası məlumat yayıb.

Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.