Kıvanç oğlu ilə görüntüləndi - Video

kivanc-oglu-ile-goruntulendi
Oxunma sayı: 2581

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ stilist həyat yoldaşı Başak Dizer və oğlu görüntülənib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ailəsi ilə 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə keçirilən şənlikdə kameralar tuş gəlib.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 7 il əvvəl Fransanın paytaxtı Parisdə cəmi 40 nəfərin qatıldığı mərasimlə nikah masasına əyləşiblər. Onların Kurt Efe adlı bir övladı var.