Kobaxidzedən İvanişviliyə qarşı sui-qəsd cəhdi barədə açıqlama

kobaxidzeden-ivanisviliye-qarsi-sui-qesd-cehdi-barede-aciqlama
Oxunma sayı: 1903

“Hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı sui-qəsd cəhdi Slovakiyada Robert Fitso və ABŞ-də Donald Trampa sui-qəsd etməyə çalışan eyni qüvvələrin imzasıdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı deyib.

“Son zamanlar iki terror aktı baş verib – biri Slovakiyada, digəri isə ABŞ-də. Bu, qlobal siyasi qüvvələri xarakterizə edən eyni imzadır”, - deyə Kobaxidze İvanişviliyə qarşı sui-qəsdin araşdırılması barədə danışarkən deyib. 

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İvanişviliyə qarşı sui-qəsd cəhdini araşdırdığını bildirib. Xidmətin məlumatına görə, sui-qəsd cəhdini Ukraynada yaşayan keçmiş gürcü məmurlar təşkil edib və maliyyələşdirib.

Onu da xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı silahlı hücum cari ilin mayın 15-də, ABŞ-nin sabiq Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi isə iyulun 13-də baş verib.