Koçaryan deputat mandatından imtina etdi

kocaryan-deputat-mandatindan-imtina-etdi
Oxunma sayı: 2208

Bloku parlament seçkilərində ikinci olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deputat mandatından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Facebook” hesabında yazıb. Koçaryan bildirib ki, mandatını komandasından olan birinə güzəştə gedəcək:

“ Bu gün “Ermənistan” alyansının rəsmi nümayəndəsi Aram vardevanyan mandatdan imtina etməyimlə bağlı ərizəmi Mərkəzi Seçki Komissiyasına təqdim etdi. İndi yerimi komanda üzvlərindən birinə verməyim doğru olardı”.