Ermənistanın sabiq prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Ermənistan” fraksiyasına istinadən “24news” portalı yayıb.
Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Robert Koçaryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryanın evində axtarış aparılıb.
***
R.Koçaryanın Ofisinin rəhbəri Baqrat Mikoyan keçmiş prezidentin saxlanıldığını açıqlayıb.
Onun sözlərinə görə, Robert Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb.
***
Ermənistan Antikorrupsiya Komitəsinin məlumatına əsasən, eks-prezidentlə yanaşı onun böyük oğlu Sedrak Koçaryan da saxlanılıb.
***
Komitə Robert Koçaryanın işi ilə bağlı bəzi detalları açıqlayıb.
Bildirilib ki, iş çərçivəsində 6 nəfər saxlanılıb. İş materiallarına görə, Koçaryan bir neçə öz yaxın adamları ilə əlbir olaraq, qiymətli əmlakın bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə özəlləşdirilməsini təşkil edib. Bu əmlakın mənşəyini gizlətmək üçün isə onu bir sıra şirkətlərin adına saxta olaraq rəsmiləşdiriblər.
***
“24news.am” portalının məlumatına görə, R.Koçaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının müşayiəti ilə təcili yardım avtomobilində xəstəxanaya aparılıb.
Son xəbərlər
Son Xəbərlər