Ermənistanın sabiq Prezidenti Robert Koçaryan yenidən həbsə göndərilib.
“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Appelyasiya məhkəməsi bu gün keçirilən prosesdə birinci instansiya məhkəməsinin keçmiş Prezidentin zaminə buraxılması barədə qərarını ləğv edib.
“Birinci instansiya məhkəməsinin 2019-cu il 18 may qərarı ləğv olunsun. Robert Koçaryana münasibətdə zaminə durmaqla bağlı qərar qüvvədən düşmüş sayılsın və yenidən həbs olunsun”, - deyə hökmdə bildirilib.
Robert Koçaryan və vəkilləri iclasda iştirak etməyib.
Appelasiya məhkəməsinin hökmü 15 gün ərzində şikayət oluna bilər.
Xatırladaq ki, R. Koçaryan 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edib. Ona qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, 2018-ci il dekabrın 7-dən 2019-cu il mayın 18-nə qədər həbsdə olub.
Son xəbərlər
Son Xəbərlər