Köçkünlər üçün limit ləğv olundu? - Açıqlama

kockunler-ucun-limit-legv-olundu-
Oxunma sayı: 9861

Məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlara görə, məcburi köçkünlər üçün tətbiq edilən elektrik, qaz və su güzəşt limiti bu gündən ləğv olunub. Bundan sonra həmin limitlərin pul ekvalenti şəklində köçkünlərə ödəniləcəyi bildirilir.

Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb. O bildirib ki, yayılan məlumatlar doğru deyil: “Yazılıb ki, Əli Həsənov qərara imza atıb. Komitə sədri bununla bağlı qərara imza atmayıb. Hazırda limitin ləğvi ilə bağlı qərar yoxdur”.

Günel Türksoy