“Köhnə hamam”da silah-sursat aşkarlandı

kohne-hamamda-silah-sursat-askarlandi
Oxunma sayı: 267

Daşkəsən RPŞ-yə rayonun "Köhnə hamam" adlanan ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları həmin ünvanda tədbirlər həyata keçirib.

Əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "İj" markalı, 32 kalibrli ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Quşçu kənd sakinin 1 ədəd yaş ağacı kəsməsini müəyyən edib. Şəxs barəsində müvafiq protokol tərtib olunaraq aidiyyəti qurumlarla yönləndirilib