Kolumbiyada məktəb avtobusu qəzaya uğrayıb.
“Qafqazinfo” “El Tiempo” qəzetinə istinadən xəbər verir ki, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində 16 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Hazırda müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır.
Son xəbərlər
Son Xəbərlər