Dubay Hava Limanında çamadanında iki nadir ayı balasını keçirməyə cəhd edən qadın sərnişin saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Paddle Your Own Kanoo” (PYOK) məlumat yayıb.
Belə ki, gömrükçülər onun baqajını skan edərkən şübhəli əşyaları görüblər və çamadanı yoxlamaya göndəriblər. Heyvanlar daha sonra çantanın içərisində mavi səbətdə aşkar edilib.
Hadisə yerinə baytar çağırılıb, lakin o, gələnə qədər balalar artıq nəfəs almırdı. Ehtimal olunur ki, ayılar təyyarənin anbarında uzun müddət dondurucu temperatura məruz qalıblar.
Qadın çamadanın içindəkilərdən xəbərsiz olduğunu və yalnız baqajın daşınması üçün pul aldığını bildirib. O, həbs edilib və nadir heyvanların qaçaqmalçılığında ittiham olunub.
Səlahiyyətlilər xatırladıblar ki, beynəlxalq müqavilələrlə qorunan növlərin daşınmasına ciddi nəzarət edilir və BƏƏ-də bu cür pozuntular ciddi cəzalara məruz qalır.
Son xəbərlər
Son Xəbərlər