Komandası səfərdə, özü ticarət mərkəzində - Video

komandasi-seferde-ozu-ticaret-merkezinde
Oxunma sayı: 1425

“Fənərbaxça”nın yollarını ayırmağa hazırlaşdığı kolumbiyalı hücumçu Con Duranın Kadıköydəki ticarət mərkəzində görünməsi onun transfer məsələsini yenidən gündəmə gətirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 22 yaşlı forvardın oyunda iştirak etməməsi onun komandadakı gələcəyi ilə bağlı sualları artırıb.

Qeyd edək ki, “Fənərbaxça” hazırda səfərdə “Kocaelispor”la qarşılaşır. Duran isə ayağındakı ağrılar səbəbindən heyətdə yer almayıb.