Türkiyənin “Konyaspor” klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus qəza edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Məlumata görə, “Beşiktaş”la səfər matçı üçün İstanbula gedən avtobus TEM şossesində yük maşınına çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər (2 futbolçu və sürücü) xəsarət alıb və həkim briqadaları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Son xəbərlər
Son Xəbərlər