Koronavirus daha 3 ölkəyə yayıldı

koronavirus-daha-3-olkeye-yayildi
Oxunma sayı: 3008

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə yayılmaqda davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha üç ölkədə - Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanında virusa yoluxma halı qeydə alınıb.

Sinqapur Səhiyyə Nazirliyinin məlumatına görə, 66 yaşlı Çin vətəndaşında virus aşkarlanıb. Vyetnamda da 2 nəfər Çin vətəndaşı xəstəliyə yoluxub.

Səudiyyə Ərəbistanında isə hindistanlı tibb bacısında virus tapılıb.

Qeyd edək ki, Çində koronavirus 17 nəfərin ölümünə səbəb olub. 600 nəfər isə virus daşıyıcısıdır.