Son ayların əsas mövzusu – koronavirus pandemiyası sayəsində aktiv leksikonumuz bir sıra yeni sözlərlə zəngilləşdi, bəzilərindən daha tez-tez istifadə etməyə başladıq.
“Qafqazinfo” həmin sözləri təqdim edir:

Koronavirus – 2019-nCoV. Təhlükəli infeksion xəstəlik – COVID-19-un yaranmasına səbəb olur. "Koronavirus" adı koron partikullarının (corona) xarakteristika görünüşünə görə koron və ya virus mənasında işlənən virions sözündən gəlir. Bu virusun görünüşcə Günəş koronalarını xatırladan saçaqları var.

Pandemiya – böyük ərazidə, məsələn bir neçə qitədə yayımlayıb, böyük sayda insanlara təsir edən epidemiya.

Özünütəcrid – evdə qalmağı, eləcə də bir insanın digər insanlarla ünsiyyətdən qaçmasını nəzərdə tutur.

Karantin - xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır.

Antiseptik- xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün preparatalar, kimyəvi maddələr.

Tibbi maska – xüsusi filtrin köməkliyi ilə viruslu aerozolların udulmasının qarşısını alır.

Sosial distansiya - virusa yoluxmamaq məqsədi ilə ictimai yerlərdə insanların bir-birindən aralı durmasını təmin edən məsafə.

“Sıfır saylı pasiyent” – virusa yoluxan ilk şəxs.

İnkubasiya - xəstəliyin yoluxucu andan birinci əlamətlərinin görünməsinə qədər çəkən gizli dövrü.

Çarter reysi - müəyyən olunmuş marşrut üzrə əvvəlcədən razılaşdırılmış vaxtda xüsusi sifariş əsasında həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər