“1 yanvar - 30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub. 2025-ci ildə korrupsiya hüquqpozmaları 24,2% azalıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
“Bunlardan 26-sı təsdiqini tapıb (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin analoji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4%), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib”, - TƏBİB rəhbəri əlavə edib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər