Kosmik hava proqnozu açıqlandı

kosmik-hava-proqnozu-aciqlandi
Oxunma sayı: 1980

Dekabrın sonu və bayram günləri üçün kosmik hava proqnozu açıqlanıb.

BDU-nun Astrofizika kafedrasından “Qafqazinfo”ya verilən məlumata görə, 28 dekabr 2023 cü il - 3 yanvar 2024-cü il tarixlərində maqnit qasırğalarının gücünün ölçülməsində istifadə olunan Kp əmsalı 10 ballıq şkala (0-9) üzrə 2-4 intervalında dəyişəcək.

Kiçik fasilələrlə fəal səviyyədə (Kp=4) olsa da, ümumən geomaqnit şəraitin sakit olacağı (Kp<4) proqnozlaşdırılır. Orta en dairələrində geomaqnit qasırğanın baş vermə ehtimalı 1%-dən azdır. ​

Qeyd etmək lazımdır ki, Günəş fəallığının təsiri nəticəsində geomaqnit sahədə həyəcanlaşmaların artması səbəbindən yarana bilən maqnit qasırğası Kp əmsalının 5-ə bərabər (G şkalası üzrə G1 səviyyə) qiymətindən başlayaraq maksimal 9-a qədər (G şkalası üzrə G5 səviyyə) güclənə bilər.​